OPEC neft hasilatının artımı üzrə proqnozunu dəyişməyib

#
# 17:01
10 iyun 2021

OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) proqnozlarına görə, 2021-ci ildə qlobal bazarda neftə olan tələbatın bərpa templəri gündəlik 6 mln. barel təşkil edəcək.

"APA-Economics"in təşkilatın iyun hesabatına istinadən verdiyi məlumata görə, proqnoz may ayı ilə müqayisədə dəyişməz qalıb.

Beləliklə, cari ildə neftə olan gündəlik ümumi tələbat 96,58 mln. barel təşkil edəcək. Bundan əlavə, neft istehlakının artım templərinin də bu ilin ikinci yarısında sürətlənəcəyi gözlənilir. Səbəb kimi, daha nikbin makroiqtisadi proqnozların və "OPEC+" sövdələşməsinin bazara müsbət təsiri göstərilir.

Qeyd edək ki, qeyri OPEC ölkələri tərəfindən neft tədarükünün həcminin 2021-ci ildə gündəlik 0,8 mln. barel artması gözlənilir. Bu may proqnozu ilə müqayisədə 0,1 barel çoxdur. Beləliklə, sözügedən ölkələrin neft tədarükünün həcmi gündəlik 63,7 mln. barelə çatacaq. Kanada, Braziliya, Çin və Norveç neft tədarükündə əsas artım bölgələri olacaq, ABŞ-da isə maye karbohidrogen istehsalı gündəlik 0,3 mln. barel artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR