"OPEC+" neft hasilatının tədricən artırılmasından imtina edə bilər

"OPEC+" neft hasilatının tədricən artırılmasından imtina edə bilər
# 30 avqust 2021 10:18 (UTC +04:00)

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri sentyabrın 1-də keçiriləcək görüş zamanı razılaşmanın cari şərtlərinə yenidən baxa bilər.

"APA-Economics"in məlumatına görə, bunu Küveytin neft və ali təhsil naziri Məhəmməd Abdel Lətif əl-Fares "Reuters"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, danışıqlar nəticəsində "OPEC+" ölkələri önümüzdəki bir neçə ay ərzində hasilatın gündə 400 min barel artırılması qərarından imtina edə bilərlər.

Nazir onu da qeyd edib ki, bazarlarda yavaşlamalar qeydə alınıb, bəzi bölgələrdə COVID-19-un dördüncü dalğası yer alıb, buna görə də daha ehtiyatlı olmaq və şərtləri yenidən müzakirə etmək lazımdır.

Qeyd edək ki, avqustun 1-dən etibarən "OPEC+" ölkələri nazirlərinin ötən ay keçirilmiş 19-cu iclasında qəbul edilən yeni "Əməkdaşlıq Bəyannaməsi" qüvvədədir. Yeni razılaşmaya görə, avqustdan başlayaraq (avqust-dekabr aylarında – red.) "OPEC+" ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay təxminən 7 min barel artırmaq və müvafiq olaraq ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR