OPEC ölkələri oktyabrda "OPEC+" öhdəliklərini 121% yerinə yetirib

OPEC ölkələri oktyabrda "OPEC+" öhdəliklərini 121% yerinə yetirib
# 11 noyabr 2021 18:07 (UTC +04:00)

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri bu ilin oktyabr ayında gündəlik neft istehsalını 217 min barel artıraraq (sentyabr ayı ilə müqayisədə) 27 455 min barelə çatdırıb.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, hasilatın artırılmasına baxmayaraq, OPEC ölkələri "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öhdəliklərini 121% yerinə yetirib.

Hesabata qeyd edilir ki, "OPEC+" razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib. Beləliklə, oktyabr ayında razılaşmada iştirak edən 10 ölkə gündəlik neft hasilatını 3 484 min barel azaldıb, bu da "OPEC+" çərçivəsində olan öhdəliyi 595 min barel üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR