OPEC Qazaxıstanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu korrektə edib

OPEC Qazaxıstanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu korrektə edib
# 14 sentyabr 2021 11:49 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Qazaxıstan üzrə 2021-ci illər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatına dair proqnozunu cüzi azaldıb.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,85 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0,01 mln. barel azdır.

OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 1,98 mln. barel səviyyəsində olacağı gözlənilir, bu da öncə ki proqnoz göstəricisinə bərabərdir.

OPEC-in məlumatlarına görə, ötən il Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,8 mln. barel olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR