OPEC qeyri-OPEC ölkələrində maye karbohidrogenlər hasilatı proqnozunu dəyişməyib

OPEC qeyri-OPEC ölkələrində maye karbohidrogenlər hasilatı proqnozunu dəyişməyib
# 12 noyabr 2021 14:39 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-2022-ci illər üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,64 mln. barel səviyyəsində olacağı ehtimal edilir, bu da öncəki proqnozla eynidir.

Hesabata əsasən, 2022-ci ildə sözügedən göstəricinin 66,66 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da oktyabr ayında verilən proqnoz göstəricisinə bərabərdir.

Beləliklə, 2022-ci ildə qeyri-OPEC ölkələri üzrə hasilat cari ilin proqnoz göstəricisi ilə müqayisədə 3,02 mln barel və ya 4,74% artacaq. Bu il isə artım tempinin 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,66 və ya 1,05% səviyyəsində olacağı proqnozlaşdırılır.

Qeyd olunur ki, 2020-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik ortalama neft və digər maye karbohidrogenlərin hasilatı 62,98 mln. barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR