OPEC: Strateji neft ehtiyatlarının açılması bazarda təklif profisitini şişirdəcək

OPEC: Strateji neft ehtiyatlarının açılması bazarda təklif profisitini şişirdəcək
# 25 noyabr 2021 10:20 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gözləntilərinə görə, bəzi ölkələr tərəfindən strateji ehtiyatlardan məhsulun çıxarılması nəticəsində qlobal neft bazarında təklif profisiti daha da artacaq.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu barədə OPEC-in iqtisadi komissiyasının iclasının yekunlarına dair hesabatda deyilir.

OPEC komissiyasının proqnozuna əsasən, məhsulun strateji ehtiyatlarından çıxarılması qlobal neft bazarında rezervləri 1,1 mln. barel (gündəlik – red.) artıra bilər.

OPEC ehtimal edir ki, artıq dekabrda gündəlik təklif tələbi 400 min barel üstələyəcək. Yanvarda bu göstərici 2,3 mln. barel, fevralda isə 3,7 mln. barel təşkil edə bilər.

Xatırladaq ki, ABŞ, Böyük Britaniya, Çin, Cənubi Koreya və Yaponiya öz ehtiyatlarından neftin bir hissəsini istifadəyə buraxacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR