"OPEC+"ın monitorinq komitəsinin iclası tövsiyələrsiz başa çatıb

"OPEC+"ın monitorinq komitəsinin iclası tövsiyələrsiz başa çatıb
# 02 dekabr 2021 17:27 (UTC +04:00)

"OPEC+" monitorinq komitəsinin iki saatdan az davam edən iclası yanvar ayı üçün neft hasilatının səviyyəsi ilə bağlı tövsiyə verilmədən başa çatıb.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS iki mənbəyinə istinadən xəbər verir.

"Heç bir tövsiyə yoxdur, görüş başa çatıb. Yaxın vaxtlarda nazirlərin konfransı başlayacaq", - mənbə bildirib, digəri isə təsdiq edib.

Xatırladaq ki, ilkin olaraq "OPEC+" nazirlərinin görüşü Bakı vaxtı ilə saat 17:00-a planlaşdırılıb.

Qeyd edək ki, sözügedən monitorinq komitəsinə "OPEC+" sazişində iştirak edən 23 ölkədən 8-i daxildir. Bunlar Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Küveyt, Əlcəzair, Venesuela və Qazaxıstandır. Nazirlər "OPEC+" texniki komitəsinin neft bazarı ilə bağlı hazırladığı hesabata baxacaqlar. Texniki komitənin iclası ötən gün keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR