Ötən ay Azərbaycan qızıl hasilatını artırıb

Ötən ay Azərbaycan qızıl hasilatını artırıb
# 17 avqust 2021 18:08 (UTC +04:00)

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 2 058,5 kq qızıl hasil edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Təkcə iyul ayında 310,3 kq qızıl istehsal olunub ki, bu da iyun ayı ilə müqayisədə 2,2% çoxdur.

Hesabat dövründə ölkədə 2 786,2 kq gümüş istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,6% artıb. Təkcə iyul ayında isə 347,6 kq gümüş hasil olunub ki, bu da iyun ayı ilə müqayisədə 7,8% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR