"Pakistan axını" qaz kəmərinin ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrə çatdırıla bilər

"Pakistan axını" qaz kəmərinin ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrə çatdırıla bilər
# 26 noyabr 2021 10:40 (UTC +04:00)

"Pakistan axını" qaz kəmərinin ötürücülük qabiliyyəti əvvəl elan edilmiş 12,4 mlrd. kubmetrdən 16 mlrd. kubmetrə çatdırıla bilər.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu, Pakistanla ticarət əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın iclasında çıxış edən Rusiyanın energetika naziri Nikolay Şulqinovun sözlərindən irəli gəlir.

"Flaqman layihəsi – Kəraçidəki LNG limanlarını ölkənin şimalında sənaye qazı istehlakçıları ilə birləşdirəcək, uzunluğu 1,1 min km-dən çox və ildə 16 mlrd. kubmetrə qədər ötürmə qabiliyyətinə malik Kəraçidən Lahora "Pakistan axını" qaz kəmərinin tikintisidir", - deyə nazir bildirib.

"Ümid edirik, 2022-ci il fevralın 15-dək, nazirlə (Pakistanın iqtisadiyyat naziri Ömər Əyyub Xan) razılaşdırdığımız kimi, səhmdar sazişi və Pakistan hökuməti tərəfindən layihəyə yardım haqqında saziş imzalanacaq", - Şulginov əlavə edib.

Müqayisə üçün qeyd edək ki, "Türk axını"nın illik ötürücülük qabiliyyəti 31,5 mlrd. kubmetr, "Şimal axını 2"nin isə 55 mlrd. kubmetrdir.

Nəqletmə çərçivəsində Kəraçi limanının terminallarına gələn maye qaz reqazifikasiyadan (LNG-ni yenidən qaz vəziyyətinə gətirmək) sonra kəmər vasitəsilə Pakistanın şimalına, Lahor şəhərinə göndəriləcək. Burada sözügedən qaz tikiləcək elektrik stansiyalarında istifadə olunacaq. Bununla belə, söhbət Rusiyadan birbaşa qazın nəqlindən getmir.

Xatırladaq ki, Rusiya və Pakistan arasında qaz kəmərinin tikintisinə dair hökumətlərarası saziş 2015-ci ildə imzalanıb. İlkin olaraq "Şimal-Cənub" adını daşıyan qaz kəmərinin tikintisi 2,5 mlrd. dollar dəyərində qiymətləndirilirdi. Sonradan adı "Pakistan axını"na dəyişdirilən kəmərin 3,5 ildən sonra tikiləcəyi və 2020-ci ilin yazında tam gücü ilə işləyəcəyi ehtimal edilirdi. Hazırda Rusiyanın Energetika Nazirliyi "Pakistan axını"nın tikintisinə sərmayələri 1,5-2 mlrd. dollar səviyyəsində qiymətləndirir ki, bunun da 25%-ni Rusiya şirkətləri öz öhdəsinə götürə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR