Qazaxıstan maye karbohidrogenlərin hasilatını gələn il 9% artıra bilər

Qazaxıstan maye karbohidrogenlərin hasilatını gələn il 9% artıra bilər
# 12 noyabr 2021 17:07 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Qazaxıstan üzrə 2021-ci illər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatına dair proqnozunu dəyişməyib.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,81 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir.

OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 1,98 mln. barel səviyyəsində olacağı gözlənilir (proqnoz dəyişməyib), bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 9,4% artım deməkdir.

OPEC-in məlumatlarına görə, ötən il Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,8 mln. barel olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR