Qazın kəskin bahalaşması Aİ ölkələrinin sosial sarsıntılarına səbəb ola bilər

Qazın kəskin bahalaşması Aİ ölkələrinin sosial sarsıntılarına səbəb ola bilər
# 07 oktyabr 2021 18:18 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) ölkələrinin hökumətləri əhalinin ən həssas təbəqələrinə dəstək verməsə, Avropadakı qaz böhranı Aİ ölkələrinin sosial və siyasi sarsıntılarına səbəb ola bilər.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə maliyyə məsələləri üzrə Avropa Komissarı Meirid Makginnes deyib.

"Lazımi yardımı göstərməsək və çətin bir vaxt olduğunu qəbul etməsək, sosial və siyasi sarsıntılar baş verə bilər", - M. Makginnes qeyd edib.

Bununla yanaşı, Avropa Komissarı Aİ hökumətlərinin dəstəyə ehtiyacı olanlara yardım göstərmək üçün lazımi imkanlarının olduğunu vurğulayıb.

M. Makginnesin sözlərinə görə, Avropanın qaz bazarında mövcud vəziyyətə düzgün cavab olaraq bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR