"Qazprom": 2022-ci ildə qaz ixracının həcmi bir neçə amildən asılı olacaq

"Qazprom": 2022-ci ildə qaz ixracının həcmi bir neçə amildən asılı olacaq
# 25 oktyabr 2021 13:54 (UTC +04:00)

Rusiyanın "Qazprom" şirkətinin 2022-ci ildə qaz ixracının həcmi əsasən hava şəraitindən və mayeləşdirilmiş təbii qaz (LNG) bazarındakı vəziyyətdən asılı olacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Qazprom"un İdarə Heyətinin sədrinin müavini, "Qazprom Eksport" şirkətinin baş direktoru Yelena Burmistrova bildirib.

Onun sözlərinə görə, şirkət bu ilin nəticələrinə görə, Avropa və Türkiyəyə qaz tədarükünün həcminə dair proqnozunu 183 mlrd. kubmetr səviyyəsində olacağını proqnozuna sadiqdir, lakin "Qazprom" ilin birinci yarısının nəticələrindən sonra qazın orta qiyməti üzrə proqnozunu 1 000 kubmetr üçün 270 ABŞ dollarınadək korrektə edib.

Y. Burmistrova onu da əlavə edib ki, şirkət bu ilin sonuna kimi Türkiyəyə 24-25 mlrd. civarında qazın ixracını nəzərdə tutur, bu da Türkiyə bazarında Rusiya qazının rəqabətqabiliyyətli olması və ona olan tələbatın yüksək olduğunun göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR