"Qazprom" Avropaya qaz ixracını kəskin artırıb  

"Qazprom" Avropaya qaz ixracını kəskin artırıb  
# 02 sentyabr 2021 12:36 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Rusiyanın "Qazprom" şirkəti uzaq xarici ölkələrə 131,3 mlrd. kubmetr qaz tədarük edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21,3 mlrd. kubmetr və ya 19,4% çoxdur.

Bu barədə "APA-Economics" "Qazprom"n operativ məlumatına istinadən xəbər verir.

Məlumata görə, "Qazprom" hesabat dövründə 337,2 mlrd. kubmetr qaz hasil edib, bu da illik müqayisədə 51,2 mlrd. kubmetr və ya 17,9% çoxdur.

Qeyd olunur ki, hesabat dövründə qazın alışı xüsusən Almaniya (+39,3%), Türkiyə (+173,6%), İtaliya (+15%), Serbiya (+123,9%), Rumıniya (+344), Polşa (+12), Finlandiya (+22,7%), Yunanıstan (+15,8%) və Bolqarıstan (+50,9%) hesabına artıb.

Xatırladaq ki, Azərbaycan Türkiyənin qaz idxalında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Bununla yanaşı, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR