"Qazprom" Moldovaya xəbərdarlıq edib

"Qazprom" Moldovaya xəbərdarlıq edib
# 25 oktyabr 2021 10:53 (UTC +04:00)

Moldovanın artıq tədarük olunan qaza görə borcunu ödəmədiyi və dekabrın 1-dən yeni sazişin imzalamadığı təqdirə, Rusiyanın "Qazprom" şirkəti bu ölkəyə qazın dayandıracağı barədə xəbərdarlıq edib.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə şirkətin rəsmi nümayəndəsi Sergey Kupriyanov bildirib.

Onun sözlərinə görə, əsas borcun məbləği 433 mln. ABŞ dolları təşkil edir, lakin ödənişlərin gecikdirilməsi nəzərə alınaraq, bu məbləğ 709 mln. dollara çatıb. Buna baxmayaraq, Moldova təmsilçiləri nədənsə yığılmış borcun məbləği və qazın qiyməti ilə razı deyillər, halbuki qiymətlərlə bağlı hər şey anlamlı və şəffafdır.

Bununla belə, S. Kupriyanov bildirib ki, "Qazprom" borcu tam ödəməklə Moldovaya qaz tədarükü müqaviləsini uzatmağa hazırdır.

"Yığılmış borclara baxmayaraq, Moldova tərəfi qaz tədarükü ilə bağlı müqavilənin bu ilin oktyabr və noyabr ayları üçün uzadılmasını xahiş edir. "Qazprom" burada da güzəştə gedir, oktyabr üçün müqavilə imzalayıb və noyabrda da müqaviləni uzatmaqda hazırdır, lakın Moldova tərəfinin sentyabr və oktyabr ayları üçün çatdırılan qazın dəyərini ödədiyi şərti ilə", - S. Kupriyanov qeyd edib.

Xatırladaq ki, Moldovada qaz qıtlığı ilə əlaqədar artıq fövqəladə vəziyyət tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR