"Qazprom" yeni müqavilə əsasında Moldovaya qaz tədarükünə başlayıb

"Qazprom" yeni müqavilə əsasında Moldovaya qaz tədarükünə başlayıb
# 01 noyabr 2021 13:30 (UTC +04:00)

Moldovaya qaz tədarükü "Qazprom"la imzalanmış yeni müqaviləyə əsasən noyabrın 1-dən başlayıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Moldovaqaz" şirkətinin açıqlamasında deyilir.

"Moldova qazının tədarükü "Moldovaqaz" və "Qazprom" şirkətləri arasında əldə olunmuş razılaşmaya əsasən noyabrın 1-dən başlayıb", - "Moldovaqaz"ın açıqlamasında deyilir.

Xatırladaq ki, oktyabrın 29-da Moldova və "Qazprom" arasında 5 illik qaz tədarükü müqaviləsi imzalanıb. Noyabrda Moldova üçün qazın 1 000 kubmetrinin qiyməti 450 ABŞ dolları təşkil edir. Müqavilənin şərtlərinə görə, qaz köhnə formula ilə müqayisədə iki dəfə bahalaşacaq. Oktyabrda Moldova qazı bazar qiymətləri ilə alıb – 1 000 kubmetr üçün təxminən 790 dollar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR