"Qazprom"un qaz ixracından gəlirləri kəskin artıb  

"Qazprom"un qaz ixracından gəlirləri kəskin artıb  
# 09 sentyabr 2021 15:35 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Rusiyanın "Qazprom" şirkətinin boru kəmərləri ilə ixrac etdiyi qazdan əldə etdiyi gəliri illik müqayisədə 1,8 dəfə artaraq 23,7 mlrd. ABŞ dollarına çatıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı Federal Gömrük Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə şirkət 123,8 mlrd. kubmetr qaz ixrac edib ki, bu da illik ifadədə 14,9% çoxdur.

Qeyd olunur ki, iyul ayında qazın ixrac qiyməti iyun ayı ilə nisbətdə 8% artıb və min kubmetr üçün 245,1 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR