Qətər və Cənubi Koreya LNG tədarükü üzrə 20 illik müqavilə imzalayıb

Qətər və Cənubi Koreya LNG tədarükü üzrə 20 illik müqavilə imzalayıb
# 12 iyul 2021 16:18 (UTC +04:00)

Qətərin dövlətə məxsus neft-qaz şirkəti olan "Qatar Petroleum" və Cənubi Koreyaya "Korea Gas" (KOGAS) şirkətləri arasında mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair 20 illik müqavilə imzalanıb.

"APA-Economics"in "Qatar Petroleum"a istinadən verdiyi məlumata görə, müqavilə Qətər şirkətinin Cənubi Koreyaya ildə 2 mln. ton LNG tədarükünü nəzərdə tutur.

Məlumata görə, müqavilə üzrə LNG tədarükünə 2025-ci ilin yanvarından başlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR