Qlobal polad istehsalı sentyabrda 9%-dək azalıb

Qlobal polad istehsalı sentyabrda 9%-dək azalıb
# 27 oktyabr 2021 16:12 (UTC +04:00)

Ümumdünya Polad Assosiasiyasına (World Steel Association – WSA) məlumat təqdim edən dünyanın 64 ölkəsində 2021-ci ilin sentyabr ayında polad istehsalı 2020-ci ilin eyni dövrünə nisbətən 8,9% azalaraq 144,4 mln. tona düşüb.

"APA-Economics"in məlumatına görə, bu barədə Assosiasiyanın açıqlamasında deyilir.

Məlumata görə, cari ilin yanvar-sentyabr aylarında qlobal polad istehsalı illik ifadədə 7,8% artaraq 1,461 mlrd. tona çatıb.

Xatırladaq ki, 2020-ci ildə dünyada polad istehsalı əvvəlki illə müqayisədə 0,9% azalaraq təxminən 1,829 mlrd. ton təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda polad istehsalı illik ifadədə 18,5% artaraq 220,6 min ton olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR