Rəşad Nəbiyev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Rəşad Nəbiyevin Qo Minlə görüşü

© APA | Rəşad Nəbiyevin Qo Minlə görüşü

# 29 iyul 2021 19:51 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Qo Minlə görüşüb.

"APA-Economics" xəbər verir ki, nazir bu barədə "Facebook" hesabında yazıb.

R. Nəbiyev bildirib ki, görüşdə Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin, tranzit marşrutu üzrə hərəkət edən Çin-Avropa yük ekspressinin effektivliyinin artırılması, eləcə də nəqliyyat sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

"Çin şirkətlərinin süni intellekt və böyük məlumatlar (big data) texnologiyaları sahəsindəki təcrübəsinin öyrənilməsi və həmin şirkətlərlə əməkdaşlığın qurulmasında maraqlıyıq",- R.Nəbitev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR