Rusiya Avropa və Asiyaya kömür tədarükünü artırıb

Rusiya Avropa və Asiyaya kömür tədarükünü artırıb
# 13 oktyabr 2021 13:08 (UTC +04:00)

Rusiyadan Avropa və Asiya-Sakit okean bölgəsi ölkələrinə kömür tədarükünü ilin əvvəlindən illik 12% artırıb.

"APA-Economics"in məlumatına görə, bunu Rusiyanın energetika naziri Nikolay Şulqinov "Rusiya 24" telekanalına verdiyi müsahibədə deyib.

Energetika Nazirliyi Rusiya qazına tələbatın artdığını da qeyd edir.

"Daxili qaz istehlakına baxmayaraq, Rusiyanın hər zaman etibarlı təchizatçı olduğunu nəzərə alsaq, düşünürəm ki, belə də qalacaq", - Şulqinov bildirib.

Bu arada, "Qazprom" şirkəti yanvar-avqust aylarında qaz ixracını illik ifadədə 19,4% artıraraq 131,3 mlrd. kubmetrə çatdırıb.

Xüsusilə, Rusiyadan Türkiyəyə qaz tədarükü 173,6%, Almaniyaya – 39,3%, İtaliyaya – 15%, Rumıniyaya – 344%, Serbiyaya – 123,9%, Polşaya – 12%, Bolqarıstana – 50,9%, Yunanıstana – 15,8%, Finlandiyaya isə 22,7% artıb.

Xatırladaq ki, Rusiya kömür ixracını yanvar-iyun aylarında 10,3% artıraraq 101,9 mln. tona (6,842 mlrd. ABŞ dolları) yüksəldib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR