Rusiya bu il 366 ton qızıl hasil etmək niyyətindədir

Rusiya bu il 366 ton qızıl hasil etmək niyyətindədir
# 18 noyabr 2021 17:05 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasında qızıl hasilatı təqribən 268 ton təşkil edib.

"APA-Economics"in Rusiyanın Qızıl İstehsalçıları İttifaqına istinadən verdiyi məlumata görə, əgər cari ilin ilk yarısında istehsal ötən ilin müvafiq dövrünün göstəricisindən 5 ton az idisə, 9 ayın statistikası həcmlərin demək olar ki, ötən ilin səviyyəsi ilə bərabərləşdiyini göstərir.

O cümlədən qızıl hasilatı 219 ton, səmt qızıl hasilatı 13 ton, təkrar qızıl hasilatı 25 ton təşkil edib. Konsentratlarda qızıl hasilatı 11 ton olub.

Qızıl İstehsalçıları İttifaqının məlumatına görə, 2021-ci ilin sonunda Rusiya Federasiyasında qızıl hasilatı 366 ton təşkil edəcək ki, bu da əvvəlki ilin səviyyəsini bir qədər üstələyir.

"Biz bu ilin sonuna qalan bir neçə ayda cüzi irəliləyiş gözləyirik. Ümumi hasilatın 366 ton civarında olacağını proqnozlaşdırırıq", - İttifaqın rəhbəri Sergey Kaşuba deyib.

Eyni zamanda, İttifaq tələbatın 3% – 362 tonadək azaldığını istisna etmir. O cümlədən 300 tona yaxın qızıl ixraca yönəldilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR