Rusiya bu yay İran neftinin bazara qayıtmasını istisna etmir

Rusiya bu yay İran neftinin bazara qayıtmasını istisna etmir
# 03 iyun 2021 11:35 (UTC +04:00)

Bu ilin yayında İran neftinin bazara qayıtması mümkündür, lakin bu, bir çox amillərdən asılı olacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.

"Əlbəttə, hər hansı bir həcm ola bilər. Müqavilə həqiqətən imzalanırsa, yəni ABŞ-ın əvvəlki anlaşmaya qayıdacağı baş verərsə, təbii ki, İranın embarqonu ləğv etmək, hasilatı artırmaq və ixrac etmək imkanı olacaq", - deyə Novak qeyd edib.

O həmçinin bildirib ki, bu, birbaşa olaraq İranın özündən, onun texniki imkanlarından və hazırlığından asılı olacaq: "Bunun bazara necə təsir edəcəyini əlavə olaraq qiymətləndirməliyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR