Rusiya iyunda qaz hasilatını kəskin artırıb

Rusiya iyunda qaz hasilatını kəskin artırıb
# 23 iyul 2021 10:55 (UTC +04:00)

Bu ilin iyun ayında Rusiya təbii və səmt qazın istehsalını keçən ilin eyni dövrünə nisbətən 22,6% artıraraq 58,8 mlrd. kubmetrə çatdırdı.

"APA-Economics" bu barədə TASS-a istinadən xəbər verir.

Rusiyanın Energetika Nazirliyi bunu daxili bazarın bərpası və xaricdə qaza olan tələbatın artması ilə izah edir.

"Rosstat"ın verdiyi məlumata görə, bu ilin ilk yarısında Rusiyada təbii qaz istehsalı 15% artaraq 337 mlrd. kubmetrə, səmt qazı istehsalı isə 1,1% artaraq 48,7 mlrd. kubmetrə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR