Rusiya neft ixracını kəskin azaldıb

Rusiya neft ixracını kəskin azaldıb
# 08 iyun 2021 18:18 (UTC +04:00)

Rusiyadan neft ixracı aprel ayında dəyər ifadəsində mart ayına nisbətən 22,9% azalıb, ötən ilin aprel ayı ilə müqayisədə isə 32,3% artaraq 5,89 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə Federal Gömrük Xidmətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, aprel ayında həcm ifadəsində neft ixracı aylıq müqayisədə 25%, illik nisbətdə isə 38% azalaraq 13,542 mln. tona düşüb.

Yanvar-aprel aylarında Rusiyadan neft ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,9% azalaraq 67 mln. ton, dəyər ifadəsində isə 10,8% azalaraq 26,892 mlrd. dollar təşkil.

Federal Gömrük Xidmətinin məlumatına görə, 2020-ci ildə Rusiya 72,366 mlrd. dollarlıq 238,607 mln. ton neft ixrac edib ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 40,8% və 11,4% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR