Rusiya neftin ixrac rüsumunu artırmağa davam edir

Rusiya neftin ixrac rüsumunu artırmağa davam edir
# 15 noyabr 2021 17:25 (UTC +04:00)

Bu ilin dekabrın 1-dən Rusiya neftinin ixrac rüsumu 6,3 ABŞ dolları məbləğində artırılaraq bir tonu üçün 77,5 dollar təşkil edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hazırda sözügedən göstərici 71,2 dollar təşkil edir.

Qeyd olunur ki, 15 oktyabr – 14 noyabr 2021-ci il tarixləri arasında Rusiyanın ixrac etdiyi "Urals" markalı neftin bir barel üçün orta qiyməti 82,45 dollardan (öncəki ay 76,77 dollar) və ya bir tonu üçün 601,9 dollar (öncəki ay 560,4 dollar) çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR