Rusiya neftin ixrac rüsumunu yenidən artırır

Rusiya neftin ixrac rüsumunu yenidən artırır
# 15 oktyabr 2021 14:45 (UTC +04:00)

Bu ilin noyabrın 1-dən Rusiya neftinin ixrac rüsumu 8,4 ABŞ dolları məbləğində artaraq bir tonu üçün 71,2 dollar təşkil edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hazırda sözügedən göstərici 62,8 dollar təşkil edir.

Qeyd olunur ki, 15 sentyabr – 14 oktyabr 2021-ci il tarixləri arasında Rusiyanın ixrac etdiyi "Urals" markalı neftin bir barel üçün orta qiyməti 76,77 dollar (öncəki ay 69,04 dollar) və ya bir tonu üçün 560,4 dollar (öncəki ay 504 dollar) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR