Rusiya neftin ixracını 8% azaldıb

Rusiya neftin ixracını 8% azaldıb
# 02 avqust 2021 12:49 (UTC +04:00)

Cari ilin yanvar-iyul aylarında Rusiya neftinin ixracı illik müqayisədə 8% azalaraq 129,1 mln. tondan artıq olub.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması iştirakçısıdır və bu da ölkənin ixrac göstəricilərinə də bir başa təsir göstərir.

Buna baxmayaraq, iyul ayılda ölkə 18,69 mln. ton neft ixrac edib, bu da illik müqayisədə 8,4% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR