Rusiya Ukrayna ərazisi ilə qaz həcmlərinin artırılmasının şərtlərini açıqlayıb

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 13 oktyabr 2021 14:40 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) qazın alışını artıracağı və Kiyev tərəfindən rəqabətli tranzit şərtləri təklif ediləcəyi halda, Rusiya Ukrayna üzərindən "mavi yanacağın" tranzitini artırmağa hazırdır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, tranziti saxlamaq məsələsini həll etmək üçün Kiyevin əsas adresatı Avropadakı qaz alıcıları, şirkətlərdir, məhz onlar "mavi yanacağa" artan tələbatı nəzərə alaraq, artırılmış həcmlərlə Rusiyanın inhisarçısı ilə ("Qazprom" – red.) yeni uzunmüddətli müqavilə imzalıya bilərlər.

"Ukrayna ərazisi ilə nə isə nəql etmək üçün onun kiminsə tərəfindən alınması lazımdır, bu da bizim Avropadakı alıcılarımızdır", - Peskov əlavə edib.

O həmçinin Rusiyanın mövcud müqavilələr çərçivəsində Avropaya mümkün maksimumadək qaz tədarükünü artırdığını qeyd edib.

"Müqavilələrdən artıq heç nə tədarük oluna bilməz", - D. Peskov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR