Rusiyada elektrik enerjisinin qiyməti 26% artacaq

Rusiyada elektrik enerjisinin qiyməti 26% artacaq
# 27 oktyabr 2021 12:22 (UTC +04:00)

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ölkə üzrə aşağı karbonlu inkişaf strategiyasının yekun variantını hazırlayıb. Sənədə BMT-nin iqlim konfransı ərəfəsində baxılır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.

Onun sözlərinə görə, strategiya artıq hökumətə təqdim olunub.

M. Reşetnikov əlavə edib ki, 2050-ci il üçün nazirlik iqtisadiyyatın karbon tutumluluğunun altı dəfə azalacağını və elektrik enerjisinin qiymətinin 26% artacağını gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR