"Şahdəniz"dən bu il 8,4 mlrd. kubmetr qaz hasil edilib

"Şahdəniz"dən bu il 8,4 mlrd. kubmetr qaz hasil edilib
# 25 iyun 2021 13:15 (UTC +04:00)

Bu ilin yanvar-may ayında Azərbaycanda 17 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik müqayisədə 3,4%, yəni 551,5 mln. kubmetr çoxdur.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, ölkədə hasil edilən qazın 5,4 mlrd. kubmetri "Azəri-Çiqar-Günəşli" neft-qaz yataqlarının, 8,4 mlrd. kubmetri isə "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb.

Məlumata görə, hesabat dövründə SOCAR 3,2 mlrd. kubmetr qaz hasil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR