"Şahdəniz"dən indiyədək 97 mlrd. kubmetrdən çox qaz ixrac edilib

"Şahdəniz"dən indiyədək 97 mlrd. kubmetrdən çox qaz ixrac edilib
# 25 iyun 2021 13:41 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlar bloku və "Şahdəniz" qaz kondensat yatağı istismara veriləndən 1 iyun 2021-ci il tarixinədək 325 mlrd. kubmetrdən çox qaz hasil edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, indiyədək AÇG-dən 182 mlrd. kubmetr, "Şahdəniz"dən isə 143 mlrd. kubmetrdən çox qaz hasil edilib.

Məlumata görə, bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın təxminən 97 mlrd. kubmetrdən çoxu ixraca yönəldilib.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR