Şahin Mustafayev: "Xəzərdə ortaq sahələrin inkişafında İran-Azərbaycan münasibətləri zirvəyə yüksəlib"

Şahin Mustafayev

© APA | Şahin Mustafayev

# 31 may 2021 12:30 (UTC +04:00)

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev İrana səfər çərçivəsində bu ölkənin neft naziri Bijan Namdar Zangane ilə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, səfərdə Şahin Mustafayevi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və işçi heyəti müşayiət edib.

İki ölkə arasında münasibətlərin konstruktiv görüşlərlə müxtəlif sahələrdə mühüm irəliləyiş əldə etdiyini qeyd edən Baş nazirinin müavini bildirib ki, bu sahələrdən biri də neft-qaz sahəsində bəzi uğurların əldə olunduğu əməkdaşlıqdır.

O qeyd edib ki, bundan başqa, uzunmüddətli ortaq qaz əməkdaşlığı mövcuddur və 2004-cü ildən bəri Naxçıvanın ehtiyac duyduğu qaz İran tərəfindən təmin edilir:

“İran-Azərbaycan münasibətləri son illərdə bütün sahələrdə inkişaf edir və Xəzər dənizindəki ortaq sahələrin inkişaf etdirilməsində neft, təbii qaz və enerji sektorunda zirvəyə yüksəlib”.

Görüşdə İran neft naziri Bijən Zəngənə də iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zərurətini vurğulayıb: “Azərbaycan və İran arasında əlaqələr son illər bütün sahələrdə inkişaf edib. Bu inkişafın zirvəsi neft, qaz və enerji, o cümlədən Xəzər dənizində müştərək yataqların inkişafı sahəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR