Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft-qaz şirkəti ABŞ və Asiyadan olan alıcılar üçün sentyabr ayı üzrə "Arab Light" markalı neftinin qiymətini artırıb.
Bu barədə "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, ABŞ üçün "Arab Light" markalı neftin bir barelinin qiyməti 0,1-0,2 ABŞ dolları, Asiya ölkələri üçün isə 0,3 dollar artırılıb.
Buna baxmayaraq, “Saudi Aramco" Şimal-Qərbi Avropa ölkələri üçün sentyabr qiymətlərini 0,5-0,7 dollar azaldıb.