Səudiyyə Ərəbistanı Asiya üçün neft qiymətlərini artırıb

Səudiyyə Ərəbistanı Asiya üçün neft qiymətlərini artırıb
# 06 iyul 2021 15:07 (UTC +04:00)

Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft-qaz şirkəti Asiya ölkələri üçün avqust ayı üzrə "Arab Light" markalı neftinin qiymətini artırıb.

Bu barədə "APA-Economics"i "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, "Arab Light" markalı neftin bir barelinin qiyməti 0,8 ABŞ dolları artırılıb. Bununla da, sözügedən neft üzrə bonus 2,7 dollar təşkil edir (Oman/Dubai neft növləri səbəti ilə müqayisədə).

Qeyd olunur ki, analitiklər qiymətin 0,65 dollar artacağını proqnozlaşdırırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR