"Şimal axını-2" kəmərinin ikinci xəttinin qaynaq edilməsi başa çatıb  

"Şimal axını-2" kəmərinin ikinci xəttinin qaynaq edilməsi başa çatıb  
# 06 sentyabr 2021 18:01 (UTC +04:00)

"Şimal axını-2" qaz boru kəmərinin ikinci xəttinin qaynaq edilməsi prosesi tam başa çatdırılıb.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə layihənin operatoru olan "Nord Stream 2" AG xəbər yayıb.

Məlumata görə, növbəti addım boru kəmərinin Almaniya və Danimarkadan gələn hissələrinin birləşdirilməsidir. Bundan sonra işəsalma-sazlama işlərinə start veriləcək ki, bu ilin axırına kimi kəmərin istifadəyə verilməsi baş tutsun.

Xatırladaq ki, "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur. Bu yaxınlarda "Qazprom" bildirib ki, kəmərin birinci xətti demək olar istismara hazırdır – buraxılış-sazlama işləri başa çatmaq üzrədir, ikinci xəttin tikintisi isə son mərhələdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR