SOCAR Gürcüstanda qazın qiymətini artırır

SOCAR Gürcüstanda qazın qiymətini artırır
# 02 noyabr 2021 12:08 (UTC +04:00)

"SOCAR Georgia Gas" şirkəti cari ilin dekabrın 1-dən Gürcüstanda qeyri-əhali abonentləri üçün qazın 1 kubmetrinin qiymətini 20 tetri (0,06 ABŞ dolları) artıracaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə şirkətdən Gürcüstanın İctimai telekanalına bildirilib.

Qiymət artımından sonra "SOCAR Georgia Gas"ın tədarük edəcəyi 1 kubmetr qazın qiyməti 1,15 lari (0,36 dollar) təşkil edəcək.

Şirkətdən bildirilib ki, qeyri-əhali abonentlər üçün qiymət son 2,5 il ərzində sabit qalıb, lakin xidmət xərclərinin artması və milli valyutanın mübadilə qiymətinin dəyişməsi qiymətlərin artırılmasını zəruri edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR