SOCAR-ın dörd vitse-prezidenti vəzifədən azad olunub - YENİLƏNİB - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

© APA | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

# 19 iyul 2021 14:36 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Dövlət Neft Şirkətinin (SOCAR) dörd vitse-prezidentinin vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.

APA-nın məlumatına görə, sərəncamlara əsasən, SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Bəhlul oğlu Hüseynov, vitse-prezident Mikayıl İsmayıl oğlu İsmayılov, vitse-prezident Tofiq Ridvan oğlu Qəhrəmanov və şirkətin emal üzrə vitse-prezidenti David Niyazi oğlu Məmmədov vəzifələrindən azad edilib.

Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

***

14:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Dövlət Neft Şirkətinin (SOCAR) üç vitse-prezidentinin vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.

APA-nın məlumatına görə, sərəncamlara əsasən, SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Bəhlul oğlu Hüseynov, vitse-prezident Mikayıl İsmayıl oğlu İsmayılov və vitse-prezident Tofiq Ridvan oğlu Qəhrəmanov vəzifələrindən azad edilib.

Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR