SOCAR-ın Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev tutduğu vəzifəsindən azad edilib.
Bunu “APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, V.Əliyev öz müraciəti (ərizəsi) ilə işdən azad edilib. Bununla yanaşı, V.Əliyev SOCAR-rın Türkiyədəki fəaliyyətlərində də öz vəzifələrinin dayandırılması barəsində də müraciət edib.
“Beləliklə, V.Əliyev SOCAR-da öz fəaliyyətini dayandırıb”, - deyə İ.Əliyev qeyd edib.
İ. Əhmədovun sözlərinə görə, V.Əliyevin yerinə hələ təyinat olmayıb.