SOCAR neft və neft-kimya məhsullarının ixracını 13% artırıb

SOCAR neft və neft-kimya məhsullarının ixracını 13% artırıb
# 16 iyul 2021 13:20 (UTC +04:00)

Bu ilin II rübündə SOCAR 4 196 877 ton neft ixrac edib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,7% azdır.

Bu barədə "APA-Economics" SOCAR-ın rüblük hesabatına istinadən xəbər verir.

Qeyd edək ki, ötən ilin II rübündə şirkət 5 040 247 ton neft ixrac edib.

Hesabata əsasən, SOCAR üzrə neft emalı və neft-kimya məhsullarının ixracı aprel-iyun aylarında təqribən 755 713 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13%-ə yaxın artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR