SOCAR Türkiyənin qaz ehtiyatlarının mənimsənməsinə töhfə verə bilər

SOCAR Türkiyənin qaz ehtiyatlarının mənimsənməsinə töhfə verə bilər
# 25 iyun 2021 14:56 (UTC +04:00)

SOCAR Qara dənizdə təbii qaz ehtiyatlarının çıxarılmasında Türkiyəyə dəstək olmağa hazırdır.

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "SOCAR Türkiyə"nin (SOCAR-ın Türkiyədəki törəmə şirkəti) baş direktoru Zaur Qəhrəmanov bildirib.

Məlumata görə, Türkiyənin Qara dənizdəki qaz ehtiyatlarının həcmi 540 mlrd. kubmetr təşkil edir və, Z. Qəhramanovun sözlərinə görə, SOCAR burada (dənizdə – red.) yerləşən resursların mənimsənilməsində öz töhfəsini verməyə hazırdır.

Xatırladaq ki, SOCAR Türkiyənin enerji sektorunda aktiv iştirak payına malikdir. Şirkət ölkədə neft-kimya, neft emalı, neft məhsullarının satışı və digər sahələrdə təmsil olunub. SOCAR-ın Türkiyə iqtisadiyyatına etdiyi investisiyaların həcmi 19,5 mlrd. ABŞ dollarına bərabərdir, bu da şirkəti ölkədə ən iri xarici investor edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR