SOCAR yanacaq istehlakını kəskin azaldıb

SOCAR yanacaq istehlakını kəskin azaldıb
# 30 iyun 2021 17:20 (UTC +04:00)

SOCAR ötən il (pandemiya dövründə) 34 205 ton yanacaq (benzin və dizel) istehlak edib, bu da illik müqayisədə 28% azdır.

Bunu "APA-Economics"ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə şirkət üzrə yanacaq istehlakı 47 257 ton təşkil edib.

Bundan başqa, ötən il SOCAR üzrə azalma elektrik enerjisinin istehlakında da yer alıb. Belə ki, İ. Əhmədovun sözlərinə görə, 2020-si ildə SOCAR 1 087,9 mln. kVt-saat elektrik enerjisi istehlak edib, bu da illik müqayisədə 10 azalma deməkdir. 2019-cu ildə SOCAR üzrə elektrik enerjinin istehlakı 1 207,9 mln. kVt-saat səviyyəsində olub.

"SOCAR Azərbaycanda istifadə etdiyi elektrik enerjisinin 26%-ə yaxın hissəsini öz daxili imkanları ilə istehsal edib, qalan hissəsini dövlət qurumlarından alıb", - İ. Əhmədov əlavə edib.

Qeyd edək ki, 2019-cu ildə enerji istehlakının artımı bir sıra zavod və müəssisələrin SOCAR-ın tərkibində fəaliyyətə başlaması ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR