SOCAR yeraltı anbarlardan qazın götürülməsinə başlayıb

SOCAR yeraltı anbarlardan qazın götürülməsinə başlayıb
# 22 noyabr 2019 13:28 (UTC +04:00)

Bu ilin qazvurma mövsümündə (2019-cu il 10 aprel – 15 noyabr tarixlərində) Azərbaycanın yeraltı qaz anbarlarına 2 266 mln. kubmetr qaz vurulub.

Bu barədə "APA-Economics"ə Azərbaycanın neft-qaz bazarında fəaliyyət göstərən mənbə bildirib.

Qeyd edək ki, Azərbaycanda iki yeraltı qaz anbarı mövcuddur. "Qalmaz" və "Qaradağ" yeraltı qaz anbarlarının tutumu 3,5 mlrd. kubmetr təşkil edir. Anbarların hər ikisi də SOCAR-ın tabeliyindədir.

Mənbənin sözlərinə görə, 15 noyabr 2019-cu il tarixindən etibarən (ölkədə istilik mövsümünün başlanması) qaz anbarlarından qazın götürülməsinə başlanılıb.

“Götürülən günədək anbarlarda olan qazın həcmi 3 036 mln. kubmetr təşkil edib (ötən mövsümdən qalıq qazı daxil – red.)”, - deyə mənbə qeyd edib.

Xatırladaq ki, SOCAR 2021-ci ilin sonunadək "Qalmaz" və "Qaradağ" yeraltı qaz anbarlarının tutumunu 5 mlrd. kubmetrə çatdırılmasını planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR