"Star" NEZ İSO 500 siyahısında Türkiyənin altıncı böyük sənaye müəssisəsi oldu - FOTO

"Star" NEZ İSO 500 siyahısında Türkiyənin altıncı böyük sənaye müəssisəsi oldu - FOTO
# 27 may 2021 16:10 (UTC +04:00)

İstanbul Sənaye Palatasının (İSO) Türk sənaye sektorunu qiymətləndirmək məqsədi ilə apardığı araşdırmalara əsasən “Türkiyənin 500 Böyük Sənaye Müəssisəsi 2020” siyahısında “SOCAR Türkiyə”nin törəmə müəssisələrindən olan “Star” neft emalı zavodu (NEZ) Türkiyənin 6-cı, “Petkim” isə 23-cü ən böyük sənaye müəssisəsi oldu.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin “Star” NEZ-in 2020-ci ildə istehsal satışları 24,3 mlrd. lirə həcmində olub. “SOCAR Türkiyə”nin uzun illər İSO 500 siyahısında ilk yerləri tutan digər bir törəmə müəssisəsi “Petkim” isə 8,732 mlrd. lirəlik satış həyata keçirilib.

“Star” NEZ və “Petkim”in “Türkiyənin 500 Böyük Sənaye Müəssisəsi” siyahısında əldə etdiyi nailiyyəti dəyərləndirən “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov deyib: “Türkiyənin neft məhsulları ehtiyacının təxminən 25%-ni qarşılayan “Star” NEZ-in açılışından bu günə kimi iki ilə yaxın qısa bir müddətdə əldə etdiyi göstəricilərlə Türkiyənin ən böyük sənaye müəssisələri arasında ilk yerlərdən birini tutması bizi çox sevindirir. 10,5 mln ton illik emal gücü ilə ildə 4,8 mln ton dizel və 1,6 mln ton nafta ilə yanaşı Türkiyədəki cari kəsirin mühüm komponentlərindən olan təyyarə yanacağı və LPG kimi məhsulların da istehsalını reallaşdıran “Star” NEZ əldə etdiyi satış rəqəmləri ilə pandemiya dövrünün çətin şərtləri altında uğurlu göstəricilərə nail olub. Digər tərəfdən neft-kimya sektorunda xammal qıtlığı səbəbindən bir sıra neft-kimya şirkətinin istehsalı azaltdığı, hətta tam dayandırdığı bir zamanda adı çəkilən siyahıda yer almış digər bir törəmə müəssisəmiz “Petkim” isə “Star” NEZ ilə inteqrasiyalı fəaliyyətin verdiyi üstünlüklərdən faydalanaraq fasiləsiz istehsala davam edib və istehsal gücünün aktivliyini 88%-ə çatdırıb. Türkiyənin strateji sahələrində fəaliyyət göstərən iki nəhəng müəssisəmiz ilə istehsal gücümüzü göstərdiyimiz və sənayenin ən böyük dəstəkçilərindən biri olduğumuz üçün qürur duyuruq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR