Sumqayıt Kimya Sənaye Parkında polietilen məhsulların istehsal həcmi artırılacaq

Sumqayıt Kimya Sənaye Parkında polietilen məhsulların istehsal həcmi artırılacaq
# 26 avqust 2021 16:22 (UTC +04:00)

Sumqayıt Kimya Sənaye Parkında polietilen kisələrin istehsal həcmi artırılacaq.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, istehsal prosesinə 3,3 mln. ABŞ dolları dəyərində investisiya yatırılıb və bu günədək 5 mln. manata yaxın satış həyata keçirilib.

İstehsal Almaniya texnologiyası əsasında həyata keçirilir. İstehsalatda 30 nəfər daimi işlə təmin edilib.

İstehsal olunan məhsullar daxili bazara çıxarılır və daha çox Azərikimya İstehsalat Birliyinin və “SOCAR Polymer” MMC-nin istehsal məhsullarının qablaşdırılmasında istifadə edilir.

Bundan başqa, məhsulların xarici bazarlara ixracı istiqamətində danışıqlar aparılır və nümunə üçün məhsullar artıq bir sıra Avropa ölkələrinə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR