Sumqayıtda bu il qablaşdırma məhsullarının istehsalı zavodu istifadəyə veriləcək

Sumqayıtda bu il qablaşdırma məhsullarının istehsalı zavodu istifadəyə veriləcək
# 01 sentyabr 2021 12:14 (UTC +04:00)

Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidentlərindən birinin "Qablaşdırma məhsullarının istehsalı" müəssisəsində tikinti işləri yekunlaşıb və hazırda avadanlıqların quraşdırılması işləri görülür. Müəssisənin 2021-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında deyilir.

"İnvestisiya dəyəri 2,5 mln. ABŞ dolları olan zavodda ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçi sayının 80 nəfərə çatdırılması nəzərdə tutulur", - məlumatda qeyd olunub.

"Qablaşdırma məhsullarının istehsalı" müəssisəsində Tayvan və digər ölkələrin qabaqcıl texnologiyalarından istifadə edilməklə, iki istehsal xətti üzrə qofre (üçqat) karton, zərf və fayllar istehsal ediləcək. Şirkət həmçinin, Azərbaycanda ilk dəfə olaraq incə dalğalı kartonların da istehsalını həyata keçirəcək.

Zavodun məhsulları daxili tələbatı ödəməklə yanaşı, "Made in Azerbaijan" brendi ilə xarici ölkələrə də ixrac ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR