"Suqovuşan" yarımstansiyası ətraf yaşayış sahələrini də elektrik enerjisi ilə təmin edəcək - VİDEO

Araz Məmmədzadə

© APA | Araz Məmmədzadə

# 26 may 2021 14:33 (UTC +04:00)

35/10 kilovoltluq “Suqovuşan” yarımstansiyası Suqovuşan qəsəbəsinin və Talış kəndinin elektrik enerji tələbatını tam təmin edir.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Tədris və İnnovasiya Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.

Onun sözlərinə görə, gələcəkdə digər ətraf yaşayış sahələrinin də elektrik enerjisi ilə təmin edilməsi üçün müəyyən tədbirlər görüləcək.

Yarımstansiyanın gücü 2,5 meqavolt-amperdir ki, bu, həm də gələcəkdə qurulacaq obyektlərin elektrik enerjisi ilə təmin olunması üçün tam yararlıdır. Yarımstansiyanın elektrik təchizatı “Tərtər” yarımstansiyasından təmin edilir. ““Tərtər” yarımstansiyasından bu məqsədlə elektrik veriliş xətləri çəkilib. Elektrik veriliş xətlərin çəkilişində müasir tipli müasir tipli 35 kilovoltluq izolyasiyalı və mühafizəli kabel xətlərindən istifadə olunur”, - deyə A. Məmmədzadə qeyd edib.

O əlavə edib ki, bu kabel xətləri ənənəvi çılpaq naqillərlə çəkilən elektrik veriliş xətlərinə nisbətən ətraf mühit və sərt iqlim təsirlərinə daha dayanıqlıdır. Digər tərəfdən, bu kabel xətləri üçün tələb olunan torpaq sahəsi ənənəvi elektrik veriliş xətlərinin çəkilməsi üçün lazım olan torpaq sahəsindən ən azı 6 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR