TANAP-la indiyədək Türkiyəyə 13 mlrd. kubmetrdən çox qaz nəql edilib

TANAP-la indiyədək Türkiyəyə 13 mlrd. kubmetrdən çox qaz nəql edilib
# 30 noyabr 2021 12:22 (UTC +04:00)

Trans-Anadolu boru kəməri (TANAP) vasitəsi ilə 30 iyun 2018-ci il tarixindən 26 noyabr 2021-ci il tarixinədək Türkiyəyə 13,4 mlrd. kubmetr qaz çatdırılıb.

"APA-Economics"in məlumatına görə, bu barədə İstanbulda keçirilən mətbuat konfransında SOCAR-ın Türkiyədəki törəmə şirkəti "SOCAR Türkiyə"nin baş direktoru Zaur Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayından 26 noyabr 2021-ci il tarixinə qədər TANAP-la (Trans-Adriatik boru kəmərinə ötürməklə – red.) Avropaya 7,09 mlrd. kubmetr təbii qaz ötürülüb.

Qeyd olunub ki, TANAP Türkiyənin təbii qaz ehtiyacının təqribən 12%-i təkbaşına təmin etmək gücünə sahibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR