TAP kəməri ilə bu il 8 mlrd. kubmetrədək qaz nəql ediləcək

TAP kəməri ilə bu il 8 mlrd. kubmetrədək qaz nəql ediləcək
# 06 oktyabr 2021 13:51 (UTC +04:00)

Bu ilin əvvəlindən Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik boru kəməri (TAP) ilə 5,5 mlrd. kubmetrə yaxın qaz nəql edilib.

Bu barədə "APA-Economics" Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, bu il TAP kəməri vasitəsi ilə 8 mlrd. kubmetrə yaxın qazın nəqli gözlənilir, 2022-ci ildə isə bu göstərici 10 mlrd. kubmetrə çatacaq.

Qeyd edək ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR