Təsdiq edilmiş qlobal qaz ehtiyatlarının həcmi açıqlanıb - REYTİNQ

Təsdiq edilmiş qlobal qaz ehtiyatlarının həcmi açıqlanıb - REYTİNQ
# 01 oktyabr 2021 11:03 (UTC +04:00)

Ötən ilin nəticələrinə görə, təsdiq edilmiş qlobal təbii qaz ehtiyatları 2019-cu ilin sonuna olan göstəricilərlə müqayisədə 0,4% azalaraq 206,7 trln. kubmetr təşkil edib.

"APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik statistik bülleteninə istinadən verdiyi məlumata görə, dünyada təsdiq edilmiş təbii qaz ehtiyatları üzrə lider Rusiya olaraq qalıb. Ölkənin ehtiyatları hesabat dövründə 0,4% azalaraq 48,9 trln. kubmetr təşkil edib.

Qeyd olunur ki, qlobal səviyyədə təsdiq edilmiş qaz ehtiyatları üzrə ikinci yerdə İran olaraq qalıb. Bu ölkənin ehtiyatları bir il ərzində 0,3% artaraq 34 trln. kubmetr çatıb. Sözügedən göstərici üzrə üçüncü yerdə 23,8 trln. kubmetr ilə Qətər qərarlaşıb.

Hesabata əsasən, dünyada təsdiq edilmiş qaz ehtiyatları üzrə dördüncü yerdə 15,4 trln. kubmetrlə (+10,1% ) Türkmənistan, beşinci yerdə 13 trln. kubmetrlə (-3,6%) ABŞ, altıncı yerdə isə 8,4 trln. kubmetrlə (-10,5%) Səudiyyə Ərəbistanı qərarlaşıb.

Bu reytinqin yeddinci, səkkizinci, doqquzuncu və onuncu pillələrini isə müvafiq olaraq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Nigeriya, Venesuela və Əlcəzair bölüşdürür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR