"Tesla" 6 minə yaxın avtomobili geri çağıracaq

"Tesla" 6 minə yaxın avtomobili geri çağıracaq
# 02 iyun 2021 15:33 (UTC +04:00)

"Tesla Inc." şirkəti ABŞ-da 5 970 elektrik avtomobili geri çağıracaq.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, avtomobillərin geri çağırılmasının əsas səbəbi nəqliyyat vasitələrinin əyləc sistemində yaranan nasazlıqdır. Belə ki, sözügedən avtomobillərin əyləc supporlarının boltlarının yaxşı bərkidilməməsi üzə çıxıb.

Faktı təsdiqləyən ABŞ-ın Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin məlumatında bildirilir ki, geri çağırılacaq modellər arasında "Tesla"nın 2019-2021-ci illərin buraxılışı olan "Model 3" və 2020-2021-ci illərin buraxılışı olan "Model Y" modelləri olacaq.

Xatırladaq ki, bu ilin fevral ayında şirkət ABŞ-da 135 min "Model S" və "Model V" avtomobillərini geri çağırmışdı. Sözügedən modellərinin kütləvi geri çağırılmasının səbəbi avtomobillərin "touch screen"lərinin qüsurlu olması göstərilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR